Virusun “Covid-dil” adlı yeni simptomu aşkarlanıb

10

Covid-19 infeksiyası bu günə qədər insanlarda özünü üşütmə, titrəmə, dad və qoxu bilməmə, baş, boğaz və əzələ ağrısı kimi simptomlarla büruzə verib.

yasamal.tv xəbər verir ki, lakin hazırda alimlər virusun daha bir simptomunu ortaya çıxarıblar. Böyük Britaniyalı alimlərin apardığı araşdırmalardan sonra koronavirusun dil vasitəsi ilə müəyyən olunan yeni simptomu aşkar edilib. Belə ki, dil ucunda üçbucaq yaraların olması da koronavirusa yoluxma əlamətidir.

Dünyanın 3 müxtəlif ölkəsində 4 milyon insan üzərində aparılan analizlər zamanı bu qənatə gəlinib. Hətta dildə bu yaraların çox olması virusun orqanizmdə sürətlə yayılmasından xəbər verir.

Mütəxəssislər yeni simptomu “Covid-dil” adlandırırlar. Dilin üzərində yaralar xəritə formasında çoxluq təşkil etdiyindən bəzən ona “coğrafi dil” də deyilir.

“Covid-dil” koronavirusun digər simptomları qədər yayılmasa da, 100 adamdan birində rast gəlinir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin