Xalq yazıçısının qızı Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

14

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb.

yasamal.tv xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması ilə bağlı parlamentin bu gün keçirilən iclasında and içib.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin