Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.
yasamal.tv-ın məlumatına görə, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
“BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs – şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.