Millimizin oyununu qadın hakim idarə edəcək

11

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.

yasamal.tv xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcək.

Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Qeyd edək ki, Azərbaycan – Slovakiya oyunu yanvarın 29-u saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin