ABŞ Demokratlar Partiyasından olan senator Cin Şahin Donald Trampa Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidən nümunə götürməyi məsləhət görüb.
yasamal.tv xəbər verir ki, Şahin Saakşvilinin müxalifətin qələbəsinə görə hakimiyyətdən getdiyini bildirib.
“Təhlükə var idi ki, Saakaşvili hakimiyyətdən imtina etməyəcək və bu, keçmiş sovet respublikasında reformların başlanmasını dayandıracaq. Mən çox aydın şəkildə xatırlayıram ki, biz Saakaşvilinin evinə getdik. Onunla söhbət zamanı qeyd etdi ki, 8 illik hakimiyyəti dövründə demokratiyanın sütunları üçün çalışıb və bu sütun hakimiyyəti dinc şəkildə seçilənə ötürməkdir. Prezident Saakaşvili bizi dinlədi və dinc şəkildə hakimiyyəti tərk etdi”, – deyə o bildirib.(axar.az)