İşveçdə şəhidlərimizin xatirəsi yad edilib – Fotolar

13

31 dekabr – Dünya Azərbaycanlıların Həmrəliyi Günündə İsveçdə yaşayan azərbaycanlılar şəhidlərimizin xatirəsini yad etmək üçün Azərbaycan Respublikasının Səfirliyinin önündə yığışıblar.

yasamal.tv xəbər verir ki, tədbir Azərbaycan Respublikasının himni ilə başlıyıb, daha sonra bir dəqiqəlik sükutla şəhidlərimiz anılıb. Tədbir vətənpərvər musiqiləri ilə davam edib. Tədbirdə iştirak edən həmvətənlərimiz ürək sözləri ilə çıxış edib, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyiblər.

Tədbirdə “Biz Şəhidlərimizə ömür boyu boclu olacağıq”, “Vətən sağolsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

+99455-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin