Müğənni Seren Serengil xəstəxanaya yerləşdirilib.
yasamal.tv xəbər verir ki, çəkisi 46 kiloqrama düşən sənətçi əməliyyat olunacaq.
Bunla bağlı məlumatları izləyiciləri ilə bölüşən Seren səhhətində ciddi problemlər olduğunu deyib. Serengil “Nə qədər sevənim və narahat olanım varmış. İnsan xəstə olanda ən çox buna ehtiyacı olur. Əvvəl səhhətimdəki problemləri göstərmirdim, anamın pis olmağın istəmirdim. Amma indi vəziyyət lap ciddiləşdi. Çəkim 46 kiloqrama düşüb, hələ də arıqlayıram. Əməliyyat olunmalıyam, amma bu halda bədənim buna tab gətirəcək bilinmir. Bəzən aylarla reanimasiyada qala bilərəm. Təhlikə vəziyyətdəyəm, amma əməliyyat olmasam, yay sağ çıxmayacam” deyə, paylaşımında yazıb.(axsam.az)