Deputat: “Veteranların iş problemləri həll olunmalıdır”

11

“Veteranlar qayıtdıqdan sonra onlar işlə təmin olunmalıdır. Bununla bağlı xüsusi proqram hazırlanmalıdır”.

yasamal.tv-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, veteranların işlə təminatını biz həyata keçirməliyik: “Bununla bağlı problemlərlə qarşılaşa bilərik. Digər tərəfdən istər birinci Qarabağ müharibəsi veteranlarının, istərsə də ikinci Qarabağ müharibəsi veteranlarının sosial müdafiəsi gücləndirilməlidir. Heç olmasa, yaşayış minimumu həcmində onlara vəsait verilməlidir. 1-ci Qarabağ qazilərini də unutmamalıyıq. Onlara da bu həcmdə vəsait verilməlidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin