Türkiyəli aktrisa Öykü Çelik maraqlı açıqlamaları ilə diqqət çəkib.
yasamal.tv xəbər verir ki, proqramlardan birinə qonaq olan aktrisa keçmişdə və hazırda yaşadığı maddi sıxıntılardan danışıb.
“Ailəmizin maddi vəziyyəti elə də yaxşı deyildi. Təxminən orta təbəqə hesab edilirdik. Özəl universitetə qəbul oldum, amma ailəm ödənişi ödəyə bilmədi deyə oxumadım. Mən pulum olanda belə heç vaxt onu yığmadım. Hər zaman ətrafımdakı insanlarla paylaşdım. Gənc yaşda pul qazanmağa başladım. Ailəmdən istəmədim. Çünki bunu qüruruma sığışdırmadım. Həyatda ən çətin şey məşhur olmaq, ya da pul qazanmaq deyil. Ən çətin şey məşhur olub pulsuz olmaqdır. Çünki məşhur insanların varlı olduğunu düşünürlər. Amma mən kirayə haqqını ödəmək üçün kredit götürdüyümü xatırlayıram”- deyə, Öykü bildirib.(axsam.az)