Prezident Saqiyan kəndinin Günəşli adlandırılması ilə bağlı qanunu imzalayıb

11

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının qanununu təsdiqləyib.

yasamal.tv xəbər verir ki, bununla da Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb.

Həmçinin Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.

Prezident “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qanunla “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin