Tovuzda yol qəzası baş verib.
yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 24-ü saat 7 radələrində Tovuz şəhəri ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
Nəticədə C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.