Uzun fasilədən sonra “İyi Aile Babası” serialı ilə ekranlara qayıdan aktrisa Melek Baykal açıqlamaları ilə diqqət çəkib.
yasamal.tv bildirir ki, verilişlərdən birinə qonaq olan Baykal şəxsi həyatı haqqında etiraflar edib.
“Həyatım boyunca iki dəfə evləndim. Hər iki evliliyim 5 il davam etdi. Həyat yoldaşımın biri xarici vətəndaş idi. Onunla da 5 illik ailə həyatımız oldu. Sonra ayrıldıq. Lakin rəsmi formada boşana bilmədik. Nə mən Almaniyaya gedə bildim, nə də o Türkiyəyə gələ bildi. Nəhayət 26 il sonra boşandıq” – deyə, aktrisa, bildirib.
Qeyd edək ki, Melek Baykal “Cennet Mahallesi” adlı serialda canlandırdığı Pembe rolu ilə məşhurlaşıb.(axsam.az)