NATO-nun gələn il üçün büdcəsi razılaşdırıldı

14

NATO-nun 2021-ci ildəki mülki bölmələrinin büdcəsi 258,9 milyon avro, hərbi bölmələrinin isə 1,61 milyard avro olacaq.

yasamal.tv xəbər verir ki, bu gün təşkilatın verdiyi açıqlamasına görə, bu barədə Şimali Atlantika Şurasının iclasında üzv ölkələr arasında razılaşma əldə edilib.

Bu ilə nisbətən 5 faiz artırılmış hərbi büdcənin 254,9 milyon avrosu Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” missiyası, İraqdakı təlim missiyası, Kosovodakı sülhməramlı missiya, habelə başqa missiya və əməliyyatlara sərf olunacaq.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin