ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden əmindir ki, onun oğlu Xanter Bayden heç bir vergi cinayəti törətməyib.
yasamal.tv xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
“Mən buna əminəm”, – deyə Bayden jurnalistin onun oğlunun vergi pozuntusuna yol verməməsi barədə sualına cavabında deyib.
Daha əvvəl Xanter Bayden bildirib ki, onun barəsində Delaver ştatında araşdırma başlanıb. Xanter Baydenin sözlərinə görə, onun tərəfindən ödənmiş vergilərlə bağlı araşdırma aparılır. Dövlət orqanının əməkdaşları isə vergi pozuntularına dair əsaslı şübhələrin olduğunu iddia edirlər.(report.az)