Əmanətlərin yarısının sığortalanması gələcəkdə problemlərə səbəb olacaq.
yasamal.tv-ın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, əmanətləri sığortalanmayan əmanətçilərin banklara etibarı qalmayacaq.
“Əmanətçi banklara güvənir və bu vəsaiti banka gətirir. Ancaq bu etibar olmasa, əmanətçilər vəsaiti çəkəcək və sandıqda saxlayacaq. Yenə də sərbəst pullar dövriyyəyə çıxmayacaq. Məsələn, bu gün ABŞ-da sərbəst pul yoxdur. Vətəndaşların əmanətləri hamısı banklardadır”, – deyə deputat vurğulayıb.(apa)