Zərifdən Türkiyəyə: “Sanksiyaları şiddətlə qınayırıq”

11

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə əleyhinə sanksiyaları qınayıb.

yasamal.tv xəbər verir ki, Zərif “Tvitter”dəki şəxsi hesabında yazıb:

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa hörmətsizlik yenidən tam şəkildə özünü göstərib.

ABŞ-ın Türkiyəyə qarşı son sanksiyalarını şiddətlə qınayırıq, Türkiyə xalqı və hökuməti ilə bir yerdəyik”.

ABŞ-ın Türkiyə əleyhinə sanksiyaları Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alışı ilə bağlıdır və “qara siyahı”ya 4 türkiyəli səlahiyyətli daxil edilib.(strateq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin