Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
yasamal.tv xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qrup mərhələsini adlayan 24 komanda və Çempionlar Liqasında 3-cü olan 8 klub püşkatmada 16 cüt təşkil edəcək. Tədbirdən öncə iştirakçılar iki səbətə bölünüb.
Qrup qalibləri və Çempionlar Liqasından gələn daha reytinqli 4 komanda səpələnmişlər səbətində yer alıb. Digər 16 komanda digər səbətə daxil edilib. 1/16 finalda eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Səpələnmişlər ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.
Səpələnmişlər
“Milan” (İtaliya)
“Arsenal” (İngiltərə)
“Ayaks” (Niderland)
“Brügge” (Belçika)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Hoffenhaym” (Almaniya)
“Lester” (İngiltərə)
“Bayer” (Almaniya)
“Mançester Yuneyted” (İngiltərə)
“Napoli” (İtaliya)
PSV (Niderland)
“Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Tottenhem” (İngiltərə)
“Vilyarreal” (İspaniya)
Səpələnməmişlər
“Antverpen” (Belçika)
“Benfika” (Portuqaliya)
“Braqa” (Portuqaliya)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Qranada” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Lill” (Fransa)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Molde” (Norveç)
“Olimpiakos” (Yunanıstan)
“Real Sosyedad” (İspaniya)
“Zaltsburq” (Avstriya)
“Slaviya” (Praqa, Çexiya)
“Volfsberq” (Avstriya)
“Yanq Boyz” (İsveçrə)
Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.(fanat.az)