İranda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
yasamal.tv xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə öz tvitter hesabında görüşdən fotolar paylaşaraq məlumat verib.
“Azərbaycan Respublikası xarici işlər nazirinin Tehrana bugünkü səfəri zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi, regional məsələlər və ikitərəfli münasibətləri müzakirə etdilər.
İran İslam Respublikası yaxşı qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayarkən, böhranın siyasət yolu ilə qalıcı bir şəkildə həll olunmasının vacibliyini vurğulayır”, – deyə Xətibzadə qeyd edib.