“Koronavirusdan insanlar ölə bilməzlər”- Həkim-psixiatr

12

Abdulla Şıxlinski: “İndi xəstələrin sayı artmayıb. Sadəcə olaraq bunu belə elan ediblər. Çünki koronavirus infeksiyasına diaqnoz qoyan elə bil infeksionist metod yoxdur”.

yasamal.tv pia.az-a istinadən müsahibəni təqdim edir:

– Abdulla həkim, koronavirusun tarixi varmı? Yoxsa bu virus deyildiyi kimi Çində laboratoriyada hazırlanıb və bir il əvvəl Vuhan bazarında yayılıb?

– Ümumiyyətlə koronavirus bir virusa kimi xəstəliklər törətmək qabiliyyətinə malik deyil. Bu sübut olunmuş haldır. Çünki ilk dəfə koronavirus 1950-60-cı illərdə aşkar olunmuş virusdur. Aşkar olunduqdan sonra bütün dünya alimləri onu diqqətlə öyrəniblər və məlum olub ki, koronavirus xəstəlik törətmək qabiliyyətinə malik deyil. Bu məqama “pandemiya” şəraitində çox adam inanmaq istəmir. Amma bu elmi faktdır.

Akademik , epidemioloq və virusoloq Nikolay Nikolayeviç Filatovun koronavirus haqqında yaxşı bir fikiri var. Filatov deyir ki, koronavirus nəyinki xəstəlik törətmək qabiliyyətinə malik deyil, hətta koronavirusun iş və yaşam qabiliyyəti də çox aşağıdır. Koronavirus ultrabənövşəyi şüaların təsirindən 20-30 dəqiqəyə tamamilə məhv olur. Buna görə də yayın istisində insanları karantin adı ilə evdə otuzdurub virusun səviyyəsinin yüksəlməsinin deyilməsi başa düşülən deyil. Bu zaman bütün dünya hökümətlərinə və ÜST-ə bu sualı vermək lazımdır ki, yayda ultrabənövşəyi şüaların təsirindən virusun məhv olması halı olduğu halda niyə insanları evdə saxlayırsınız?

Bildiyimiz kimi, Cənub regionda elə istilər olur ki, bu istilərə görə heç bir virus inkişaf edə və yayıla bilməz. Buna baxmayaraq məcbur hal kimi insanları evdə saxladılar. Buna görə də insanlar günəş şüası ala bilmədilər. Hətta insanlar psixi-emosional şəraitdə evdə qaldılar. Buna görə də indi insanlar daha pis vəziyyətə düşüblər.

– Koronavirusla bağlı edilən testlər barədə nə deyə bilərsiniz? -Bu testlərin nəticələri həqiqəti nə qədər əks etdirir?

Bilirsiz, hazırda bütün dünyada xəstələrin sayının və parallel olaraq ölüm sürətlə artması ilə bağlı statistikaları ilə tanış oluruq. Əslində isə xəstələrin sayı artmayıb. Sadəcə olaraq bunu belə elan ediblər. Güya hər gün keçirilən testlər bu statistikanı ortaya qoyur. Həqiqət budur ki, koronavirus infeksiyasına diaqnoz qoyan elə bil infeksionist metod yoxdur. Keçirilən testlərin effektiv dərəcəsi isə çox aşağıdır.

Koronavirusu həmin testin vasitəsilə təyin etmək mümkün deyil. O testlər 75-80 faiz hallarda yalan danışır. Qeyd edim ki, koronavirus qrip və başqa xəstəliklərlə birlikdə olanda xəstəlik törədə bilər. Ayrılıqda koronavirus xəstəlik törədə bilməz. Buna görə də koronavirusla bağlı pandemiya elan etmək anlaşılmazdır. ÜST-ün nəyə nail olmaq istəməsi isə məchuldur. Birbaşa koronavirusdan ölüm faktının qeydə alınması isə mümkün deyil.

Çox qəribədir ki, koronavirusu pandemiya elan edib bütün dünyanı karantinə soxub iqtisadiyyatları iflic edən adamlar hər il planetdə 2.6 milyon adamın təkcə qripdən ölürdüyünü unudurlar. Bunu bu vaxta qədər heç kim demirdi. İndi isə koronavirusu pandemiya elan ediblər və bu virusun reklamı bütün planetdə ən yüksək şəkildə aparılır. İnsanlar bilməlidirlər ki, bir çox adi qrip virusları koronavirusdan qat-qat qorxulu viruslardır. Məsələn vərəm mikrobakteriyaları koronavirusdan çox-çox təhlükəlidir. Təhlükəli viruslar bir kənarda qalıb, indi ancaq söhbət koronavirusdan gedir. Koronavirus pandemiyası dünyanın heç bir ölkəsində yoxdur. Çünki koronavirusun özü impotent bir virusdur. Yəni qabiliyyətsiz virusdur və xəstəlik törətməyə malik deyil.

– İnsanlara nəyə əsasən diaqnoz qoyurlar ki, bu koronavirus xəstəsidir?

-Bu çox qəribə və acınacaqlı vəziyyətdir. Hansı adamdan soruşursan ki, sən nə bildin koronavirusa yolxumusan? Deyir mənə regioloq dedi. Burada da sual olunur ki, infeksion xəstəliklərə nə vaxtdan rengioloq diaqnoz qoyur? Qanunla infeksionist diaqnozu qoymaq üçün həmin insanın bəlğəmi yaxud da qanı laboratoriyaya verilmədir. Laboratoriya da müəyyən mürəkkəb mikrobioloji reaksiyalar analiz edildikdən sonra cavab verməlidir. Söhbət ondan gedir ki, dünyada koronavirusu göstərən elə bir laboratoriya müayinə metodu hələ işlənib hazırlanmayıb. Laboratoriya müayinəsi olmadığına görə də heç bir həkimin ixtiyarı yoxdur desin ki, insan koronavirusa yoluxub. İnsanlara koronavirus adı ilə edilən testlər həqiqətə uyğun olmayan, şübhəli nəticələr verir.

Tanzaniyada insanlardan pul alıb koronavirus testi kimi etdikləri testi benzinə və neftə salıblar və bu zaman nəticə müsbət çıxıb. Amma qızdırması və simptomları olan insanın burnundan yaxma alıb test ediblər və nəticə mənfi çıxıb. Bu da onu sübut edir ki, həmin testlər saxtadır və heç bir diaqnostik doğru məlumatı vermir. doğru diaqnostik məlumatı verməyən saxta testlərin əsasında insanlara koronavirus diaqnozu qoyulur və süni şəkildə xəstələrin sayı artırılır.

-Onda belə çıxır ki, faktiki olaraq koronavirus xəstələrinin sayı statistik açıqlamalarda göstəriləndən xeyi azdır?

– Əlbəttə ki, koronavirus xəstələrinin göstərildiyi qədər sayı çox deyil. Testlə koronavirus diaqnozu qoyulan xəstələrin heç birində koronavirus yoxdur. Çünki biz bilirik ki, öskürək, asqıraq, yüksək hərarət, burnundan su axmaq, ağciyərlərdən pnevmaniyanın olması çoxlu sayda xəstəliklərin göstəricisi ola bilər. Bəs diaqnozu qoyan insanlar haradan bilirlər ki, insanda məhz koronavirus var? Onların test metodları bunu tam aşkarlamır axı. Ancaq müayinə laborator metodu olandan sonra biz dəqiq deyə bilərik ki, insanda hansı virus var.

Koronavirus elektron-mikroskop altında görünən bir virusdur. Yəni koronavirus çox zəif virusdur və işgörmə qabiliyyəti demək olar ki, yoxdur. Buna görə də onu hətta elektron-mikroskop altında da görmək çətindir. Faktiki olaraq koronavirusu laborator şəraitdə təsdiq etmək mümkün deyil. Bütün bunlara görə deyə bilərik ki, koronavirus məlumatı qondarmadır və saxtadır.

-Bəs gündəlik bütün dünyada yüz minlərlə sayda yoluxan və minlərlə ölən insanlar hansı xəstəliyin, ya da xəstəliklərin daşıyıcısıdırlar? Ya da pandemiya iddia olunduğu səviyyədə deyilsə, onda ÜST başda olmaqla, ayrı-ayrı dünya hökümətləri kollektiv şəkildə hansı məqsədə nail olmağa çalışırlar?

– Həmişə mövsümi xəstəliklər olub. Qrip, adena, digər yoluxucu virus xəstəlikləri və başqa mövsümi xəstəliklər həmişə var və həmişə də olacaq. Bu mövsümi xəstəliklər də çox vaxt insanın səhhətində müxtəlif reaksiyalara və ağırlaşma hallarına yol açır. Ağırlaşmların ən geniş yayılmışı halı isə pnevmaniyadır, yəni insan ağciyərləri sətəlcəm olur. İnsanlar da çox vaxt belə ağırlaşmalardan dünyasını dəyişirlər. Bu da yeni deyil. Amma nədənsə əvvəlki illərdə bunu faciə şəkildə insanlara təqdim etmirdilər. Sizə bir məlumat deyim. Tanzaniya prezidenti indi insanlardan pul alıb edilən koronavirus testini özü şəxsən yoxlayıb. Prezident sübut edib ki, o test saxtadır və öz əhalisinə o testlərin tətbiq olunmasına icazə verməyib.

Mən bütün dünyada nə baş verdiyini deyə bilmərəm. Amma bir çoxlu versiyalar, şayiələr mövcuddur. Bunların hansının doğru, ya da yanlış olduğunu da bilmirəm. Həqiqət harda gizlənib, onu da bilmirəm. Amma fakt odur ki, biz qlobal bir məqsədin qurduğu oyunu müşahidə edirik və bu məqsədin qurbanlarıyıq. Bu qlobal oyunu quranlar son məqsədlərinə nə qədər nail ola biləcəklər, bu da hələ ki, bilimir.

– Sizin dedikləriniz həqiqətdirsə, necə oldu ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi?

– Pandemiyanın elan olunması üçün dünyanın bütün ölkələrində epidemiya olmalıdır. Epidemiya da ona deyilir ki, hər ölkənin 5 faizdən çox əhalisi həmin xəstəlikdən tutub. Amma indi dünyanın ən azı 6 ölkəsində heç koronavirusun adı da yoxdur. Axı belə pandemiya olmur. Dünya Aspirantur Assosiasiyasının rəhbəri, akademik Şüçalin qeyd edir ki, koronavirus o qədər zəifdir ki, o zökəm törətməkdən başqa heç nəyə qadir deyil.

Koronavirus 3 günlük zökəmdən başqa heç nə törədə bilməz. Bu da çox zəifləmiş orqanizmdə ola bilər. Buna görə də koronavirus xəstələrinin sayı artır deyən adamlara müraciət edərək deyirəm ki, bu səhv fikirdir. Göstərişin tərkib hissəsidir. Mövsümi olduğuna görə ağır qrip olan insanlara yenə də koronavirus deyiləcək və bununla da süni surətdə xəstələrin sayının artırılması davam edəcək. Xəstəliyin artmasından da istər-istəməz insanlar qorxurlar. Bu zaman da onlar obyektiv reallığı düzgün qəbul edə bilmirlər.

– Azərbaycanda kütləvi imunitet yaratmaqla virusdan qurtarmaq olar?

– Hamının yoluxması ilə virus bitə bilməz. Bu cəfəngiyatdır. Çünki virus insan bədənində yaşayır. Bundan əvvəl də yaşayıb, bundan sonra da yaşayacaq. İnsan bədənində olan virus bir məqam axtarır ki, xəstəlik törətsinlər. Bu xəstəlik olmasın deyə insanları evdə saxlamaq yox, açıq havaya buraxmaq lazımdır.

Hazırda bizdə küçədə insanları maska ilə gəzməyə məcbur edirlər. Həm işdə, həm də təmiz havada insanları maska taxmağa məcbir etmək ümumiyyətlə insanlara qarşı kütləvi terror xarakterli qərardır. Çünki insanların təmiz hava almasının qarşısı alınır və bu da ağ ciyərdə problemlərin, o cümlədən pnevmaniyanın yaranmasına səbəb olur. Təmiz havada maska ilə gəzmək ümumiyyətlə korovirus dedikləri virusun münbit şəraitə əkilməsini təmin edə bilər.

Bir məqamı qeyd edim ki, son günlər Bakının küçələrində insanlar 2-3 maskanı üst-üstə taxırlar. Bu çox böyük faciədir. Vicdanı olan həkimlər həmişə deyirlər ki, maska insan sağlamlığına ziyandır.

Azərbaycan vicdanı olmayan, satılmış həkimlər isə bunu demir. Əgər insan günün müəyyən saatlarında maska taxırsa, bu zaman insanın ağ ciyərində emfizimiya vəziyyəti inkişaf edir. Yəni ağciyərlərə karbon qazı ilə dolur və şişməyə başlayır. Bu zaman isə insan orqanizmində qan dövranı pozulur. Bundan sonra insanlarda ağciyər və ürək çatışmamazlığı müşahidə edilir. Bu barədə akedik Filatov may ayında xüsusi bəyanatla çıxış edib.

Sonradan bu çıxışı gizlətdilər. Həmçinin bu haqda çoxlu alimlərin fikirləri var. Bunlardan tibb elmləri doktoru, professor, məşhur Sovet və Rusiya epidemioloquİqor Alekseeviç Qundarovun, sovet və rus pulmonoloqu, Rusiya respirator assosiasiyasının sədri, akademik Çuçalinin, professor Zveryevin, Avropa və ABŞ alimlərindən isə Con Yoxannidisin, Almaniya cərrahı və mikrobioloqu Con Kenner, Volfqanq Vodarisin fikirlərini misal göstərə bilərik.

Maskanın yaratdığı fəsadlar indi özünü göstərməyəcək. Açıq havada maska taxan insanda bu proses bir müddətdən sonra özünü göstərəcək. İnsanlarda əlillik dərəcəsinə gətirib çıxaran ağır ağciyər xəstəliyi əmələ gələcək. Bu hala görə də suni olaraq koronaviruslu xəstələrin sayı artırılacaq. Mən hesab edirəm ki, buna görə də qlobal güc mərkəzlərinin göstərişi ilə də insanlara maska taxmağa məcbur edirlər.

Hamı unudub ki, dünyada hal-hazırda pandemiya səviyyədə olan xəstəlik vərəm xəstəliyidir. Dünyanın elə ölkəsi yoxdur ki, orada vərəm xəstəliyi olmasın. Bəlkə də “koronavirus” vasitəsi ilə insanları sadəcə məhv edirlər ki, planetdə insanların sayı azalsın.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin