Koronavirus səbəbindən “Keşlə” də məşqlər dayandırılıb

15

“Sumqayıt”dan sonra “Keşlə” klubu da məşqləri dayandırmaq qərarına gəlib.

yasamal.tv-ın məlumatına görə, buna səbəb koronavirusa kütləvi yoluxma halının baş verməsidir.

Paytaxt təmsilçisinin 10 futbolçusundan götürülən son testin nəticəsi pozitiv çıxdığından, baş məşqçi Yunis Hüseynov məşqlərin dayandırılmasına qərar verib. Virusa yoluxanlar karantinə alınıb, digərləri də özlərini qorumaq məqsədilə təcrid olunublar.

Qeyd edək ki, dekabrın 5-də keçirilməli olan “Keşlə” – “Səbail” matçı təxirə salınıb.(apasport)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin