İsa peyğəmbərin obrazını canlandıracaq

11

Mərhum müğənni Maykl Ceksonun qızı Peris Cekson “Vərdiş” (“Habit”) serialında İsa peyğəmbərin obrazını canlandırıb.

Axşam.az xəbər verir ki, E!News nəşri artıq 22 yaşlı aktrisanın həmin rolda olan fotosunu da yayımlayıb.

Küçə həyatından bəhs edən ekran işində Peris narkotik və zorakılığın olduğu mühitə düşür. Bu vəziyyətdən çıxmaq üçün o, peyğəmbərin obrazına girir.

Serialda baş rolu məşhur aktrisa Bella Torn və musiqiçi Qevin Rossdeyl canlandırır.

Ekran işinin hansı tarixdə yayımlanacağı barədə isə heç bir məlumat verilməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin