FED müharibəyə hazırlaşır: Koronavirus həqiqətən laboratoriyada hazırlanıb?

13

Bütün dünya koronadan sonrakı yeni nizama doğru sürətlə irəliləyir. Amerika Dərin Dövləti isə bir virusla 50 dovşan vurduğu üçün özü ilə fəxr edir.

Bəkir Hazar

“Takvim” qəzeti, Türkiyə, 20 aprel 2020-ci il

Koronavirus pandemiyasına görə faiz dərəcələrini sıfırlayan ABŞ Mərkəzi Bankı (FED) indi də birbaşa şirkət istiqrazları almağa başlayıb. ABŞ prezidenti Trampın bu barədə səlahiyyəti olmadığı üçün o, dünyanın 8 ən varlı ailəsinə məxsus olan FED-ə sanksiya qoya bilmir. FED bir neçə gündə şirkətlərə təxminən 390 milyard dollar verib. Əlbəttə ki, şirkətlər də bundan istifadə edib işsizliyin bitməsi üçün lazımi addımlar atmalı idilər.

Ancaq bu baş vermədi. Ötən bazar ertəsindən cümə gününə qədər 5 milyon 250 mindən çox amerikalı işsiz qalıb. Beləliklə, 3 həftə ərzində təxminən 23 milyon amerikalı işini itirib.

FED şirkətlərə 390 milyardı təklif etsə də, bu pul ABŞ-da, yəni bazarda axına səbəb olmalı idi. Başqa sözlə, 390 milyardın böyük bir hissəsi pul axınına daxil edilməli idi. Lakin cəmi 4 milyardın bazara nağd şəkildə daxil olduğunu görürük. 2008 və 2009-cu illər böhranında olduğu kimi, FED də bu pulu yalnız öz əmrində olan iş adamlarının ixtiyarına verib. Onlar da işçiləri işə götürməkdən daha çox, özlərini təmin ediblər. 390 milyard dolları isə virusdan sonra müharibə olması ehtimalına qarşı gizlədiblər.

Qılınclar itilənir və görünməmiş şəkildə ABŞ-da Dərin Dövlət-Qlobal kapital müharibəsi yaxınlaşır. Bu pul oyununda Ağ Evin heç bir səlahiyyətinin olmaması da çəkişmənin səbəblərini ortaya qoyur. Mərkəzi Bank belə böhran vəziyyətində prezidentə qarşı çıxırsa, pulu əlində saxlayan qüvvələrin niyə Çini böyüdüb Vaşinqtonla üz-üzə qoyduğunu və bu gün başımıza oyun açan virus probleminin necə bu həddə gəlib çatdığını başa düşmək də artıq çətin deyil.

Birləşmiş Ştatların Mərkəzi Bankı, özünə yaxın olan iş adamlarına bütün pulu verib, onlar da işsizliyin qarşısını almaq üçün pul xərcləmək əvəzinə, həmin pulları cibinə qoyub müharibəyə hazırlaşır. Qlobal kapital və ABŞ Dərin dövləti də Nyu-Yorkun və Londonun varlıları tərəfindən böyüdülən Çindən trilyonlarla dollarlıq təzminat almaq üçün Pekini məhkəməyə verməyə hazırlaşırdı. Virus sayəsində ABŞ-ın 20 trilyon dollarlıq borcunu ləğv etmək şansı əldə etmişdilər. Ancaq bunun başqa faydaları da var idi. Hazırda ABŞ-da 22 milyon insan işini itirib və işsizlik müavinəti üçün müraciət edib. Bu rəqəmin sonrakı aylarda 50-60 milyona çatacağı təxmin edilir. Bu isə o deməkdir ki, ABŞ-da sayı 150 milyona çatan işçilərin 1/3-i işsiz qalacaq.

Virusdan sonra artıq iş həyatı dəyişəcək, robotlarla istehsal və evdən işləmək prosesi geniş yayılacaq və bununla da, işsizlik dəhşətli həddə çatacaq. Həm işsizliyin fəlakətə və xaosa səbəb olmasının qarşısını almaq, həm də keçid prosesinə hazırlaşmaq üçün Çindən kompensasiya tələb etmək iddiaları önə çıxacaq.

İndi bəzi alimlər: “Fərziyyələr qurmayın, virus yarasadan yoluxdu”, deyərkən, fransız Nobel mükafatı laureatı virusoloq, professor Luk Montanyer də öz sözünü deyib. Koronada HİV, AİDS virusu parçaları aşkar etdiklərini söyləyib. Belə bir birləşmənin öz-özünə baş verməsi mümkün deyil. Virusoloq Montanyer: “Bu, ancaq laboratoriyada hazırlana bilər”, deyərək son vəziyyəti dünyaya elan edib.

Virusun silah kimi istifadə olunması 2010-cu illərdə hazırlanmış bir plan idi. 2013-cü il tarixli qəzetlərdə belə xəbərlər çıxmışdı: “Çində ölümcül qripə bənzər bir virus təkmilləşdirilib və elm dünyası ayağa qalxıb. Virusun dünyaya yayılmasından qorxurlar”.

Nə qədər qəribə olsa da, Çində həmin virusla bağlı araşdırmaların aparıldığı laboratoriyaya Amerika Səhiyyə İnstitutları tərəfindən milyonlarla dollar göndərildiyi məlum olub. Hazırda bu virusla yaşlılar öldürülür.

Amerikada sığortası olmayan qaradərili və latın əhali ölümlə üz-üzə qalıb. “Ən böyük itkini biz yaşadıq”, deyərək dünyaya səslənən yeni bir Amerika administrasiyası səhnəyə çıxmağa hazırlaşır.

Bu vəziyyətə görə Çinə diz çökdürürlər. Avropa dağılır, avro çökməyə davam edir. Dövlətlərə hökm etməyə çalışan qlobal kapital trilyonlarla dollar itirir. Şirkətlər dəyişdirilir, Dərin Amerikanın yeni varlıları bazarlarda məşq edirlər. Bütün dünya koronadan sonrakı yeni nizama doğru sürətlə irəliləyir. Amerika Dərin Dövləti isə bir virusla 50 dovşan vurduğu üçün özü ilə fəxr edir. (pia.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin