Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.
yasamal.tv-ın məlumatına görə, bu gündən Agentliyin mətbuat katibi vəzifəsi Pərvana İmanovaya həvalə edilib.
Qeyd edək ki, P.İmanova indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub. Bundan əvvəl Dövlət Dəniz Agentliyinin mətbuat katibi vəzifəsində Tural Müseyibov çalışırdı.