Ukraynadan Azərbaycana daha bir yeni aviareys açılacaq

10

Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək.

yasamal.tv-ın məlumatına görə, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata kçiriləcək.

Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət üçün etibarlıdır.

Bundan başqa, “SkyUp” loukosteri Zaporojyedən Ştutqarta da aviareyslər həyata keçirəcək. Bu reyslər də gələn ilin martın 28-dən başlanılacağı gözlənilir və həftə də iki dəfə baş tutacaq.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin