“Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək”.
yasamal.tv xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Report”a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib.
– Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz?
– Fransanın hökümət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
– Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər?
– Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək.
– Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu?
-Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir.