İranlı qafqazşünas:”Müharibənin aşkar qalibi Azərbaycandır”

12

“Bu müharibənin açıq bir qalibi var, o da Azərbaycan Respublikasıdır”.

yasamal.tv xəbər verir ki, bunu iranlı qafqazşünas Mehdi Səmsar bildirib.

Onun sözlərinə görə, Atəşkəs Razılaşması ilə Azərbaycan Respublikasının bütün işğal olunmuş əraziləri tədricən azad ediləcək. Politoloq razılaşmada status məsələsinin yoxluğunu da xüsusi qabardıb.

Mehdi Səmsar deyib: “Görünən budur ki, bu müharibənin açıq bir qalibi var, o da Azərbaycan Respublikasıdır. Rusiya isə görünməz qalibdir. Azərbaycan erməni qoşunlarının ərazilərindən çıxarılması üçün təqvim tətbiq etməklə müqavilənin bariz qalibidir. Müxtəlif ölkələrin bu münaqişəyə müdaxiləsini və Rusiyanın müharibə dövründə və Azərbaycan Respublikasının qələbələrinə qədər əhəmiyyətli dərəcədə susqunluğunu düşünməyə dəyər”.

Səmsar əlavə edib: “Bu atəşkəs razılaşmasıdır və ilk günlərdən etibarən onu necə həyata keçirəcəyimiz barədə mübahisələr var. Türk qüvvələrinin varlığı və Azərbaycanın buna təkidi müqavilə tərəfləri arasında fikir ayrılıqlarının olduğunu göstərir. Rusiya türk qüvvələrinin varlığının yalnız erməni tərəfinin razılığı ilə mümkün olduğunu bildirib. Bu mümkünsüz görünür və bu yaxınlarda Türkiyə tərəfinin yalnız bir müşahidəçi kimi Azərbaycan Respublikası ərazisi daxilində və Dağlıq Qarabağ bölgəsi xaricində iştirak edəcəyi iddiaya sübutdur”.

Qafqazşünas Ərdoğan Türkiyəsinin müharibədə Azərbaycana ciddi dəstəyi ilə əvvəlki türk hökumətlərin Elçibəy hökumətini dəstəkləməsi və Heydər Əliyevə qarşı çevriliş cəhdlərindən qalan mənfi təəssüratları aradan qaldırdığını qeyd edib. “Ancaq bu dəstək həm də Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşması prosesini çətinləşdirəcək”.

“Bəzi analitiklər Rusiyanın səssizliyini Azərbaycan Respublikasının qələbələri təsdiqlənənə qədər mənalı hesab edirlər. Onların fikrincə, bunu etməklə Rusiya praktik olaraq özünü onun təsir dairəsindən ayırmağa çalışan mövcud Ermənistan hakimiyyətinə gücünü göstərir”, – deyə Mehdi Səmsar sonda vurğulayıb.(strateq.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin