Özcan Dəniz keçmiş arvadını məhkəməyə verdi

16

Müğənni-aktyor Özcan Dəniz 2016-ci ildən eşq yaşadığı özündən 20 yaş kiçik Feyza Aktanla bağlı iddialar irəli sürüb.

Militribuna.az axşam.az-a istinadən xəbər verir ki, cütlük 2018-ci ildə nikah masasına oturub, ötən il ayrılıb. Məhkəmə qərarına əsasən Özcan İstanbulun Sarıyer səmtindəki evində yaşamağa davam edəcəkdi. Amma Feyza evdən çıxmaq istəməyib və oğlu ilə orada qalmağa davam edib.

Yenidən məhkəməyə gedən Dəniz keçmiş arvadının evi boşaltmasını və açarları təslim etməsini istəyib. Buna baxmayaraq Aktan evdən çıxmayıb. Müğənni yenidən məhkəməyə yollanaraq keçmiş arvadından şikayət edib.

Evinin ələ keçirildiyini iddia edən Dənizin şikayətindən sonra polis araşdırmaya başlayıb. Hakim Özcanın iddiasının bir cəza olmadığını, müğənninin haqqını hüquqi müstəvidə tələb etməsinə qərar verib.

Qeyd edək ki, 15 ay evli qalan cütlüyün bir oğlu var. Özcan və Feyza bir müddət əvvəl Aktanın “Ya yenidən evlənək, ya da 15 milyon təzminat ödə” sözləri ilə gündəmə gəlmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin