Samir Abasov “Neftçi”nin baş məşqçisi təyin olunub

12

Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.

yasamal.tv apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klubun Müşahidə Şurasının qərarı ilə komanda Samir Abasova tapşırılıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək – il yarımlıq müqavilə bağlanıb. Abasov bu postda yenicə istefa verən Füzuli Məmmədovu əvəzləyib.

Qeyd edək ki, Samir Abasov 2003/04 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin