Türkiyəli müğənninin Azərbaycan üçün oxuduğu “Ulu Vətən” – Video

11

Türkiyənin “Manqa” qrupunun solisti Fərman Akgül Əməkdar artist Sevda Ələkbərzadə ilə birlikdə oxuduğu “Ulu Vətən” mahnısını və klipini təqdim edib.

Millitirbuna.az xəbər verir ki, mahnının sözləri Samirə Xasməmmədova, musiqisi Zaur Abdullayevə məxsusdur.

S.Ələkbərzadənin illər əvvəl səsləndirdiyi mahnını duet şəklində oxumaq təklifi türkiyəli ifaçıdan gəlib. Klip üçün Bakıya gələn Fərman “Bir musiqiçi olaraq iki ölkə arasındakı qardaşlıq bağını sənət sahəsində də birləşdirməli olduğumuzu düşünürəm. Ən əsası isə dünya sənət və əyləncə aləminə, Azərbaycanda yaşananları və ölkəmlə olan dostluğunu göstərmək istəyirəm” sözlərini söyləyib.

Ekran işinin rejissorluğunu İlham Qasımov edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin