“30 ilə yaxındır ki bu xəbəri gözləyirdim”.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova deyib. İnstaqram hesabında video yayımlayan aktrisa sevinc göz yaşlarını saxlaya bilmədiyini söyləyib:
O bildirib ki, günlərdir ona gələn təbrik zənglərini cavablandıra bilmir:
“Bu sevinci bizə yaşatdığına görə cənab Ali Baş Komandana təşəkkürümü bilidirirəm. Allah bütün əsgərlərimizə can sağlığı versin. Onların valideynləri qarşısında baş əyirəm. Allah bizə tezliklə o torpaqlara getməyi nəsib etsin. Fəxr edirəm ki Şuşada doğulmuşam”.