İzmirdə baş verən 6,6 ballıq zəlzələ səbəbindən şəhərdə təhsilə daha bir həftə fasilə verilib.
yasamal.tv xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlçuk öz tvitter hesabında məlumat verib.
“İzmirdə zəlzələdən sonra şagird, müəllim və valideynlərimizin hazırki vəziyyətini nəzərə alaraq təhsilə bir həftə daha fasilə verilib”,- deyə nazir bildirib.