Kontakt Home ilk qadın şəhidin ailəsinə 20 000 manat ayırdı

11

Kontakt Home mağazalar şəbəkəsi İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb.

yasamal.tv xəbər verir ki, Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra hazırda anası Məktubə Baxışovanın himayəsindədirlər. Kontakt Home onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə hər övlada 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat məbləğində maddi yardım, eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərində istifadə üçün elektronika əşyaları hədiyyə edib.

Qeyd edək ki, Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. O, Qarabağ uğrunda gedən zəfər döyüşlərində qəhrəmancasına həyatını itirmiş ilk qadın şəhidimizdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin