Hikmət Hacıyev: “Sosial şəbəkələrdə əsgərlərlə bağlı materiallar paylaşmayın!”

12

“Sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımızdan bir daha xahiş edirik ki, rəsmi xəbər olmadan hər hansı məlumatları paylaşmasınlar. Hər hansı materialın verilməsi əsgərlərimizin həyatı bahasına başa gələ bilər”

yasamal.tv xəbər verir ki, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bir daha vətəndaşları rəsmi xəbərlərə istinad etməyə çağırıb:

“Bir daha bütün vətəndaçlarımızı təmkinli və səbrli olmağa, rəsmi mənbələrə istinad etməyə çağırırıq. Müdafiə Nazirliyi və digər rəsmi qurumlar tərəfindən  vaxtında insanlarımıza obyektiv məlumatlar çatdırılır. Öz ictimaiyyətindən məlumatları gizlədən yalnız Ermənistandır”.

Hikmət Hacıyevin sözlərinə görə, cəbhədə vuruşan əsgərlərimizin mübarizəsini tam layiqincə qiymətləndirməliyik:

“Azərbaycanın işğal olunmuş əraziləri dünyada da böyük göstəricilərə  malikdir. Ermənistan tərəfindən orada  30 ildir ki müxtəlif ianələr hesabına  silahlar toplanıb. Belə bir şəraitdə Azərbaycanın rəşadlətli oğulları o torpaqları işğaldan azad edirlər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin