Cəlilabad sakininin avtomobilindən narkotik götürülüb

14

Cəlilabad rayon sakininin avtomobilindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Sərhəd Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qarğılı kəndi ərazisində kənd sakini C.İbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 1,1 kiloqram tiryək və 193 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə C.İbiyevin sərnişinləri olan 2 nəfərin də narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olmaları şübhə doğurduğundan saxlanılıblar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin