İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.
yasamal.tv xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.
Təcrübəli forvard G qrupunun II turunda İtaliyada “Yuventus”unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 33-cü ötürməsidir. Messi bu göstəriciyə görə “Yuventus”da çıxış edən Kriştianu Ronaldudan (38 məhsuldar ötürmə) geri qalır.
Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.