Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 142,5 mln manat məbləğində kreditlər verilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, bir il öncəki göstəricidən 45,4% çoxdur.
Verilmiş kreditlərin 15,2 mln manat və yaxud 10,7%-i qısamüddətli, 127,3 mln manatı və yaxud 89,3%-i uzunmüddətli kreditlər olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 34,1% və 46,9% çoxdur.