Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.
yasamal.tv-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Yakub Şamilovla üz-üzə gəlib.
Qarşılaşmada məğlub olan Səfərov bürünc medal uğrunda görüşə çıxacaq.
Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva isə təsəlliverici görüşdə Ukraynadan olan Darida Belodidə uduzub.