Şəxsi həyat sirri necə qorunmalıdır? Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir?

13

AR.CM -si :Maddə 156.1 Şəxsi həyatın toxunulmazlığını pozma..Cinayətin predmetini şəxsi və ailə həyatının sirri olan məlumatlar, sənədlər, video və fotolar, səs yazıları təşkil edir. Bu məlumatların yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanması cinayət hesab edilir..CM-in 156.2-ci maddəsin eyni əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə məsuliyyəti nəzərdə tutur.

Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir.Hüququn hakim olduğu cəmiyyət və dövlərdə fərdin hüquqlarının qorunması hər şeydən öncə gəlir. Azərbaycanda da istər əsas qanunda, istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir.
Konstitusiyamıza əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.
Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
Bu cinayət formal tərkiblidir və Şəxsi və ailə həyatının sirri olan məlumatlar, belə məlumatları əks etdirən sənədlər, video və foto çəkiliş materialları, səs yazıların yayılması, satılması və ya başqasına verilməsi qanunsuz toplandığı andan başa çatmış hesab olunur. Nəticə şərh olunan cinayət tərkibndən kənarda qalır.
Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma..Cinayətin predmetini şəxsi və ailə həyatının sirri olan məlumatlar, sənədlər, video və fotolar, səs yazıları təşkil edir. Bu məlumatların yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanması cinayət hesab edilir..

1) onların aid olduğu şəxsin razılığı olmadan,

2) cinayət işinin istintaqı ilə əlaqədar müvafiq qərar olmadan

3) səlahiyyətli olmayan şəxs tərəfindən toplanır.

CM-in 156.2-ci maddəsin eyni əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə məsuliyyəti nəzərdə tutur.
Bu cinayətə görə yüz manatdan beş yüz manatadək cərimə və ya iki yüz qırx saatadək ictimai işlər, ya da bir ilədək müddətə islah işləri cəzası müəyyənləşib. Eyni əməli vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədərsə, üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək də daxil olmaqla, iki ilədək həbs cəzası ala bilər
Cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər.
Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayətin motivi cinayət tərkibinin məcburi əlaməti hesab edilmir.
Cinayətin subyekti və subyektiv cəhəti
Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının qanunsuz toplanılması dedikdə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının şəxsin özündə, ailə üzvlərindən, yaxın qohumlarından,
Türkiyədə şəxsin icazəsi olmadan onun özəl məlumatlarını və fotosunu sosial şəbəkələrdə yayanlara qarşı qanunlar daha da sərtləşdirilib. Qanuna edilən dəyişiklikdən sonra şəxsin icazəsi olmadan onun haqqında hər hansısa məlumat yayanlar məsuliyyətə cəlb ediləcək. Həmin məlumatı yayan şəxsləri kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, törətdiyi cinayətə görə 1 ildən 1,7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hər hansı birinin şəxsi informasiyalarının sosial şəbəkələrdə yayılması iki formada ola bilər. Birincisi, sosial şəbəkələrdə olmayan şəxsin informasiyalarının özündən icazəsiz formada paylaşılması, ikincisi isə şəxsin özünün sosial şəbəkələrdə paylaşdığı məlumatlarının yayılması.
Vətəndaşla bağlı fərdi informasiyalar özündən xəbərsiz, şəbəkədə olmadığı halda hardansa əldə olunub və sosial media resurslarında yayılırsa, əlbəttə, bu, məsuliyyət yaradır. Bu zaman informasiyanı yayan şəxs müvafiq qanunvericiliyə əsasən, cərimələnə və ya həbs oluna bilər.
Azadlıq və şəxsi toxunulmazlıq hüququ 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsində əks olunur. 1966-cı il Mülki və Siyasi Hüquqldar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, 1969-cu il İnsan Hüquqları haqqında Ümumamerika Konvensiyasının 7-ci maddəsində və 1981-ci il İnsan Hüquqları və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 6-cı maddəsində də şəxsi toxunulmazlıq hüququndan bəhs olunur.
1995-ci ildə qəbul edilən Azərbaycan Konstutusiyasının 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ sivil dəyərlər kimi tanınır.
Şəxsi toxunulmazlıq hüququ 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin birinci bəndində daha aydın şəkildə təsbit edilib. Həmin maddədə qeyd edilir ki, hər şəxsin toxunulmazlıq hüququ var.
Şəxsi toxunulmaz hüququ həm də prinsip kimi irəli sürülür və bu prinsipə bütün hüquqi cəmiyyətlərdə hörmətlə yanaşılır. Belə ki, şəxs gündəlik yaşayış yeri barədə dövlətə və ya cəmiyyətə hesabat verməli deyil. O, evdə və ya başqa yerdə ola bilər və hesabat verməyə borclu deyil – bu, şəxsi və ya fiziki mənada azadlıqdır.
Bu prinsipə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulan və demokratik cəmiyyətə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir. Bu prinsipin təhlilindən aydın olur ki, hər kəsin öz şəxsi və ailə həyatı olduğunu qeyd edir. Şəxsi həyat geniş termin olaraq qəbul edilir və onun hər hansı anlayışla tam əhatə etmək mümkün deyil. Lakin şəxsi həyat anlayışının fərdin mənəvi və fiziki toxunulmazlığının qorunduğunu, fərdin kənar şəxslərin diqqətindən uzaq özəl həyat sürmək hüququna malik olduğunu özündə əks etdirir və bu anlayış həm də fərd üçün elə bir mühiti təmin edir ki, həmin mühitdə fərd sərbəst inkişaf edə və öz şəxsi imkanlarını reallaşdıra bilər. Sadə bir şəkildə qeyd edilənləri izah etsək bildirməliyik ki, şəxsi həyat anlayışı, insanların gündəlik tələbatlarını təmin etmək imkanlarına sahib olması və onların məhdudlaşdırılmamasını, fiziki və virtual olan şəxsi münasibətlərə sahib olmasını, heç kimin hətta ailə üzvlərinin belə bilməsini istəmədiyi sirlərə sahib olmasını, ayrıca tənzimlənməsinə baxmayaraq hətta hansı dini seçməsini və s. özündə əks etdirir. Şəxsi həyat çox geniş anlayışdır, bu səbəbdən fərdin mənəvi və fiziki toxunulmazlığını aradan qaldıran, sərbəst inkişafına mane olan müdaxilərlə üzləşdikdə bu anlayışın daha yaxşı anlaya bilərik. Ailə həyatı anlayışı şəxsi həyat anlayışı kimi geniş mənalı deyil. Bu anlayış hər birimizin ailə həyatına hörmət, fərdlərin bir ailə kimi münasibətlərini hansı şəkildə və necə qurmalarını, övladlarını necə tərbiyə etmələrini, ailədaxili münasibətlərin hansı şəkildə qurulmasını, ailədaxili sirlərini gizli saxlamalarını, əlbəttə bütün qeyd edilənlər qanuna zidd olmamalıdır, özündə əks etdirir. Şəxsi və ailə həyatı ilə bağlı məsələ şəxsin və ya ailənin mənzilinə müdaxilə hüququnu da məhdudlaşdırır. “Mənzil” hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə, Mənzil toxunulmazlığı hüququ adı altında qorunur. Bu maddə insanların mənzil toxunulmazlığına malik olduğunu bildirir. Heç kəs məhkəmə qərarı olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilinə daxil ola bilməz, araşdırma apara bilməz, şəxsi həyatına müdaxilə edə bilməz, onun rahatlığını poza bilməz. Bildiyimiz kimi mənzil bir mülkiyyətdir. Mülkiyyət hüququmuzda qanunla qorunur. Şəxsi toxunulmazlıqla bağlı olaraq dövlət “yazişma sirri”ni də qoruyur. Yazışma sirri insanların yazdıqları məktubların, yazışmaların ictimai şəkildə nümayiş etdirilməsi, nəşr edilməsini qanunla qadağan edir və həmin hüququn həyata keçirilməsinə dövlət təminat verir. Yazışmanın sahibi olan şəxsin razılığı olmadan şəxsi yazışmalarını, telefon danışıqlarını və s. nəşr etmək, ictimaiyətə açıqlamaq yalnız qanunla nəzərdə tutulan hallarda, yazışma və telefon danışıqları sahibinin razılığı alındıqdan sonra mümkündür. Digər hüquqlar kimi şəxsi toxunulmazlıq hüququ məhdudlaşdırılır. Konstitusiyanın sözügedən hüququ tənzimləyən maddələrinə nəzərə saldıqda məhdudiyyətlər yalnız qanun çərçivəsində, ictimai maraqlar naminə, cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün məhkəmənin qərarı ilə tətbiq edilə və sözü gedən hüquqa müdaxilələr edilə bilər. Beləliklə, şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə müxtəlif halların vəhdəti nəzərdə tutulur. Burada insanın xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq, onların kənar şəxslərə məlum olmasını istəmir. Əsas Qanunun mənasına görə, bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq, intim və digər münasibətləri və s. haqqında olan məlumatlar da aiddir. Həmin məlumatlar zərərçəkmiş şəxsin gündəliyində, onun özünə və ya ailə üzvlərinə ünvanlanmış məktublarda və s.-də əksini tapa bilər. Amma heç kəs onun icazəsi olmadan həmin məlumatları yaya bilməz, onu müzakirə predmetinə çevirə bilməz. Hər birimiz yuxarıda qeyd edilən hüquqlara sahibik. Şəxsi və ailə həyatına hörmət hüququ, yazışma sirri və mənzil toxunulmağımız bizim öz hüquqlarımızı bildiyimiz halda mövcud olacaq və tətbiq edilməsi asanlaşacaq.

Rövşən Qasımov hüquqşünas.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin