Yeni stansiyaya Polad Həşimovun adı verilə bilər – Metropoliten

14

Metronun şərti adı “B-3” olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.

yasamal.tv xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddən artıq çoxdur:

“Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin