AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start verilib.
yasamal.tv report.az-ın məlumatına görə, Avropa çempionatına son 4 vəsiqə uğrunda 16 komanda mübarizə aparıb.
A, B, C və D yolunda hərəsində 2 olmaqla, ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Nəticələr belə olub:
8 oktyabr
AVRO-2020
Pley-off, ilk oyunlar
A yolu
22:45. Bolqarıstan – Macarıstan – 1:3
Qollar: Georgi Yomov, 89 – Villi Orban, 17. Jolt Kalmar, 47. Nemanya Nikoliç, 75
22:45. İslandiya – Rumıniya – 2:1
Qollar: Gilfi Siqurdsson, 16; 35 – Aleksandru Maksim, 63 (pen.)
B yolu
22:45. Bosniya və Herseqovina – Şimali İrlandiya – 1:1 (PENALTİLƏRLƏ – 3:4)
Qollar: Rade Kruniç, 14 – Nayall Makginn, 53
22:45. Slovakiya – İrlandiya – 0:0 (PENALTİLƏRLƏ – 4:2)
C yolu
22:45. Norveç – Serbiya – 1:2 (ƏLAVƏ VAXT – 0:1)
Qollar: Matias Normann, 88 – Sergey Milinkoviç-Saviç, 82; 102
22:45. Şotlandiya – İsrail – 0:0 (PENALTİLƏRLƏ – 5:3)
D yolu
22:45. Gürcüstan – Belarus – 1:0
Qol: Tornike Okriaşvili, 7 (pen.)
22:45. Şimali Makedoniya – Kosovo – 2:1
Qollar: Benjamin Kololli, 16 (öz qapısına). Darko Velkoski, 33 – Floran Haderconay, 29
Beləliklə, noyabrın 12-də keçiriləcək final mərhələsində qarşılaşacaqlar:
Serbiya – Şotlandiya
Gürcüstan – Şimali Makedoniya
Şimali İrlandiya – Slovakiya
Macarıstan – İslandiya
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.