1996-2018 aralığında London “Arsenal”ının baş məşqçisi olmuş Arsen Venger bəzi futbol qaydalarının dəyişdirilməsini təklif edib.
yasamal.tv xəbər verir ki, fransız çalışdırıcı belə deyib:
“Top künc zərbəsi zamanı oyuna daxil edilərkən meydandan çıxıb yenidən qayıdırsa, təkrarlanmasına icazə vermək olar. Bu, qol vurmaq imkanlarını artırar. Eləcə də aut atan tərəfin meydanda 9 oyunçu ilə qaldığını xatırlatmaq istəyərdim. Statistika göstərir ki, aut atan tərəf on haldan səkkizində “mərmi”ni rəqibə qapdırır. Bunun harası üstünlük oldu? Məncə, aut atan tərəfə topu meydanın özünə aid hissəsindən oyuna ayaqla daxil etmək fürsəti yaradılmalıdı”. (Fanat.az)
