YAP üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

9

Yeni Azərbaycan Partiyasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

yasamal.tv xəbər verir ki, bu barədə APA-ya Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Hüseyn Paşayev qeyd edib ki, Azərbaycan Ordusu doğma Qarabağın işğaldan azad olunması istiqamətində rəşadətli döyüşlər aparır: “Yaxın zamanlarda qəhrəman əsgərlərimizin torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımıza ərməğan edəcəyinə dərindən inanırıq. Azərbaycan Ordusunun gücü Ali Baş Komandanın müdrikliyində və iradəsində, əsgərlərimizin qəhrəmanlığında və yüksək döyüş ruhunda olduğu kimi, həm də xalqın sarsılmaz dəstəyindədir. Bu gün hamı Ordumuzla birdir, bir yerdədir, hər addımda ona mənəvi dəstəyini ifadə edir. Yeni Azərbaycan Partiyasının üzvləri də xalqımızın Ordumuza hərtərəfli dəstəyinə qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürməyi qərara alıb. Azərbaycan Ordusu dünyanın ən təminatlı, ən yaxşı silahlanmış orduları sırasındadır. Dövlətimizin iqtisadi qüdrəti Ordumuzun təminatını ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. İnsanlarımızın hazırda geniş vüsət alan Silahlı Qüvvələrə dəstək hərəkatı Ordu ilə xalqın birliyinin ifadəsi, əsgərimizə mənəvi dəstək nümunəsidir.

Qarabağ Azərbaycandır!

Qələbə də Azərbaycanın olacaq!”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin