Şəhid övladı ölkə başçısına minnətdarlıq edib

10

yasamal.tv Şəhid övladı Quliyev Səfər İlqar oğlunun yazısını təqdim edir…

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev başda olmaqla, ordumuzun düşmən üzərində üstünlüyü və ata-baba yurdlarımızın erməni işğalından xilas olması münasibətilə həmyerlilərimizi təbrik edirəm. Vətənimiz uğrunda şəhid olan qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralı əsgərlərimizə Allahdan acil şəfa istəyirəm.

Mən, Səfər Quliyev 1990-cı ildə Füzuli Rayonu Horadiz kəndində anadan olmuşam. Birinci qrup əliləm. Atam Quliyev İlqar Muradxan oğlu 1991-cı ildə könüllü olaraq torpaqlarımızı müdafiəsinə qalxmış və dəfələrlə yaralanmağına baxmayaraq, yenidən döyüşlərdə iştrak edib. Atam top komandiri olub, döyüşlərdə düşmənin bir neçə zirehli texnikalarını və canlı qüvvəsini zərəsizlədirib. 1993-ildə Füzuli rayonu Qarakollu, Saracıq, Hadrut istiqamətlərində gedən qızğın döyüşlərdə fəal döyüşmüş, iyul ayının 3-də torpaqlarımızın müdafiəsi uğrunda qəhramancasına şəhid olub.

Şəhid atamın nəşini Horadiz kəndindəki qəbirstanlıqda dəfn edəndən qısa müddət sonra erməni işğalçıları bizi yurd-yuvamızdan köçkün salıb və bizim kəndimizi işğal edib. Ailəmizi və Horadiz camaatını məcburi çıxarıblar. Həmin dövrlərdə mənim 3, qardaşım altı yaşı var idi. Çox çətinliklər gördük, məskunlaşdığımız ev soyuq və şəraitsiz idi.

Əvəzolunmaz siyasətçi ulu öndər Heydər Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı bizə təskinlik verib, dövlət qayğısını daim hiss etmişik.

Ulu Öndərimizin davamçısı prezidentimiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin torpaqlarımızın işğaldan azad olunması üçün Ordumuza əmr veriyini və Horadiz kəndi ilə yanaşı, 6 kəndimizin bizim ordumuzun nəzarəti altına olduğunu öyrənəndə sevincdən çox ağladım. 3 yaşında atamı orda qoyub çıxmış bir uşaq idim, artıq 30 yaşındayam. Atamın şəhid olduğu yaşda qəhraman atamın qəbrini ziyarət edəcəm. 27 ildən sonra kəndimizə qovuşacağıq.

Əliliyimə baxmayaraq, ehtiyac olarsa, silah götürüb döyüşməyə və bu Vətən üçün qan tökməyə, can verməyə həmişə hazıram.

yasamal.tv

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin