Təhsil müəssisələrinin idarə olunması üzrə beynəlxalq standart hazırlanır

9

Təhsil sistemində olan çatışmazlıqlar ictimaiyyəti ən çox narahat edən məsələlərdəndir.

yasamal.tv xəbər verir ki, ölkəmizdə İSO 21001:2018 Təhsil müəssisələrinin idarəolunması üzrə beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsi yekunlaşmaq üzrədir. Standart tərcümə olunduqdan dərhal sonra ictimaiyyətə təqdim olunacaq. Daha sonra isə Milli Məclisi, Nazirlər Kabineti və Təhsil Nazirliyinə göndəriləcək.

Bu yeniliyin Milli Məclisdə “Təhsil haqqında” qanuna ediləcək növbəti dəyişiklikdə istifadə edilməsi tövsiyə ediləcək. Bundan başqa, Bakı şəhərinin Xətai rayonunda yerləşən humanitar fənlər təmayüllü məktəb-liseydə, Sabunçu rayonunda 67 saylı məktəbdə, Səbayil rayonunda 132 saylı məktəbdə bu standart pilot olaraq tətbiq ediləcək. Bu barədə Təhsil Nazirliyinə rəsmi olaraq müraciət olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin