Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb

10

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana ümumi dəyəri 1,1 milyon ABŞ dolları olan 422,1 ton diri qoyun və keçi ixrac edib.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən qoyun və keçinin idxal həcmini 3,1 dəfə azaldıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 2 085,2 ton diri iribuynuzlu mal-qara da ixrac olunub. Məhsulun dəyəri 3,7 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə məhsulun həcmində 35,6% azalma qeydə alınıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin