“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.
yasamal.tv xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək.
Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (Fanat.az)
