Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu ərasində qeydə alınıb.
2003-ci il təvəllüdlü Tağıyev Ramazan Yasin oğlu yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu qarşıdan gələn minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.