Bakıda 57 yaşlı qadını avtomobil vurdu

11

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Koroğlu Rəhimov küçəsində yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Musayeva Tamella Gümüş qızını avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma – sağ qasıq, oturaq sümüklərinin yerdəyişən sınığı, qarnın küt travması, qapalı kəllə-beyin travması diaqnozları qoyulub.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin