Dünya iqtisadiyyatının koronavirus pandemiyası səbəbindən yaranmış böhrandan sonra bərpası 5 il çəkəcək.
yasamal.tv xəbər verir ki, bu fikri Dünya Bankının baş iqtisadçısı Karmen Reynxart sələndirib.
Onun sözlərinə görə, pandemiyadan dolayı yaranmış iqtisadi geriləmə bəzi ölkələrdə digərlərindən daha uzun müddət müşahidə olunacaq: “Bu qeyri-bərabərliyi dərinləşdirəcək, çünki kasıb ölkələr böhrandan daha güclü ziyan çəkəcəklər”.(finans.az)