Qazaxıstan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üzrə İdarələrarası Komissiyanın cari il 3 sentyabr tarixli qərarına əsasən epidemioloji vəziyyət nəzərə alınmaqla sentyabrın 20-dən Qırğızıstana beynəlxalq uçuşlar bərpa olunur.
yasamal.tv xəbər verir ki, bu barədə Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.
Qazaxıstanla Qırğızıstan arasında uçuşlar Almatı – Bişkek marşrutu üzrə “AirAstana” aviaşirkəti tərəfindən həftədə 2 dəfə yerinə yetiriləcək.
Uçuşlar sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla yerinə yetiriləcək.(azertac)